Noyabrın 4-də Bakı şəhərinin Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

"Magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar noyabrın 4-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai və Suraxanı rayonlarının bir sıra küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda bildirilir.