Türk kinosunun əfsanəvi simalarından olan, “Hababam Sınıfı” filmində Mahmut Hoca obrazı ilə yaddaşlarda qalan Münir Özkulun oğlu Ferdi Özkulun həyatı maraq doğurub. Atasından fərqli olaraq aktyorluq sənətini seçməyən Ferdi illərdir Kanadada yaşayır.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ferdi Özkul uzun illər əvvəl Kanadanın paytaxtı Ottavada məskunlaşıb və restoran biznesi ilə məşğul olur. Onun şəhərdə altı restoran işlətdiyi bildirilir. Bununla yanaşı, Ferdi aşpazlığa da maraq göstərir.
2018-ci ildə vəfat edən Münir Özkulun ilk evliliyindən dünyaya gələn Ferdi uzun illərdir mediadan uzaq həyat sürməyə üstünlük verir.
Qeyd edək ki, Ferdi Özkul atasının dəfn mərasiminə qatıldığı vaxt aktyoru ömrünün son çağlarinda yalnız qoymayan Umman Özkula təşəkkür edib.