Türkiyəli aktrisa və teleaparıcı Pınar Altuğ İstanbulun Bebek yayonunda yerləşən dəbdəbəli mənzilini satıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” nəşri xəbər yayıb.

Məlumata görə, Bosfor boğazına mənzərəsi oan mənzil 1,7 milyon dollars alıcı tapıb. Mənzil Bebekdəki tanınmış məkanlardan birinin yuxarı mərtəbəsində yerləşir.

Qeyd edək ki, Pınar Altuğun sözügedən mənzili satması ilə bağlı iddialar ilin əvvəlində də gündəmə gəlmişdi. Həmin vaxt aktrisanın evi 2,5 milyon dollara satdığı bildirilmiş, lakin o, bu məlumatı təkzib etmişdi.

Mənzillə bağlı müzakirələrin uzun müddətdir davam etməsinin səbəblərindən biri də ərazidəki səs-küy problemi olub. Belə ki, qızı Su dünyaya gəldikdən sonra yaşadığı binanın yerləşdiyi məkandan gələn səs-küydən narahat olan Altuğ hüquqi yollara müraciət etsə də, istədiyi nəticəni əldə edə bilməyib. Bundan sonra aktrisa mənzildən köçüb.

Aktrisanın əldə etdiyi vəsaiti hansı istiqamətdə dəyərləndirəcəyi isə hələlik məlum deyil.