Türkiyənin “Fənərbağça” klubunun portuqaliyalı mütəxəssis Serjio Konseysao ilə razılıq əldə etdiyi və onu İstanbula dəvət etdiyi bildirilsə də, son danışıqlarda tərəflər arasında fikir ayrılığı ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, Konseysaonun müqavilə şərtləri ilə bağlı tələblərini dəyişməsi və maaş gözləntisini artırması danışıqların gedişinə mənfi təsir göstərib. Tərəflər arasında ilkin razılaşmanın olduğu bildirilsə də, bu problemlər səbəbindən portuqaliyalının təyinatı sual altına düşüb.

Portuqaliyalı çalışdırıcının İstanbula gələrək müqavilə imzalaması və UEFA Çempionlar Liqasında “Liverpul”la keçiriləcək oyunu tribunadan izləməsi gözlənilirdi. Lakin son vəziyyətdən sonra “Fənərbağça” rəhbərliyi yenidən yerli mütəxəssislərə üz tutub.

Məlumata əsasən, İstanbul klubunun yeni baş məşqçi postu üçün əsas namizədi Emre Belözoğludur. Yaxın günlərdə bu istiqamətdə konkret addımların atılması gözlənilir.