Putin Ukrayna ilə daimi sülh razılaşmasına razıdır.
Metbuat.az xəbər verir ki, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Vitkoff belə açıqlama verib. ABŞ mediasına açıqlama verən Steve Vitkoff bildirib ki, sülh planına Ukraynanın Rusiya qüvvələri tərəfindən işğal olunmuş rayonlarına aid olan beş region daxildir. Rusiya Prezidenti Vladimir Putin ilə Sankt-Peterburqda görüşən Vitkoffun sözlərinə görə, Kreml rəhbərinin tələbi Ukraynada daimi sülhün bərqərar olmasıdır. O, Rusiyanın Ukraynanın NATO-ya üzvlük ərizəsindən imtina etməsi tələbinin də müzakirə mövzusu olduğunu bildirib.
ABŞ və Rusiya arasında ticarət əlaqələri ilə bağlı danışıqlarda iştirak etdiyini bildirən Vitkoff, "Bölgəyə real sabitlik gətirəcəyinə inandığım bəzi ticarət imkanları vasitəsilə Rusiya-ABŞ əlaqələrini yenidən formalaşdırmaq fürsətinin olduğuna inanıram” - deyə bildirib.