METBUAT.AZ

Ölkə

Müəllimin ölümünün səbəbi məlum oldu -

12 İyul 2024 15:18

Xəbər verdiyimiz kimi, Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin fransız dili müəllimi Nəsirova Sədaqət Nəsir qızı keçirdiyi əməliyyatdan sonra vəfat edib.

Məsələ ilə bağlı TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 10-da 1972-ci il təvəllüdlü S. Nəsirova uşaqlıq yolunun dəqiqləşdirilməmiş qanaxması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya edilib.

“Xəstə obyektiv müşahidə olunduqdan sonra dərhal əməliyyat blokuna alınıb. Əməliyyat uğurla icra olunub və xəstənin vəziyyəti əməliyyata uyğun olub. 11.07.2024-cü il tarixində xəstədə fiziki aktivlik müşahidə olunub, lakin növbəti dəfə yerindən durarkən vəziyyəti qəflətən pisləşib, tənəffüz çatışmamazlığı müşahidə olunub. Xəstəyə ağ ciyər arteriyalaranın troboemboliyası diaqnozu qoyulub.

Vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb”, - məlumatda qeyd olunub.


metbuat.az.