METBUAT.AZ

Gündəm

Vəfat edən jurnalistlə bağlı

28 İyul 2024 23:08

Xəbər verdiyimiz kimi, hərbi jurnalist Ədil Arifoğlu 56 yaşında vəfat edib.

Metbuat.az musavat.com-a istinadən xəbər verir ki, yayılan məlumata görə, 2 gün əvvəl tanınmış jurnalist çalışdığı redaksiyaya rəhbər təyin olunubmuş.

Qeyd edək ki, Ədil Arifoğlu 1968-ci il İmişli rayonunda doğulub. Tədqiqatçı jurnalist AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı olub.

Bu gün vəfat edən hərbi jurnalist sabah İmişli rayonunda dəfn olunacaq.


metbuat.az.