METBUAT.AZ

Ölkə

Dövlət Reyestrində "Niastol" adda dərman yoxdur -

30 Avqust 2024 15:27

Xəbər verdiyimiz kimi, bu gün Göygöl rayonunda “Niastol” adlı dərmandan 4 uşaq nəfər zəhərlənib. Onlardan biri - 10 yaşlı uşaq vəfat edib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Reyestrində “Niastol” adda məhsul qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib.

“Niastol” adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir.

Qeyd edək ki, hadisənin uşaqların başlarını bit dərmanı ilə yuduqlarına görə baş verdiyi ehtimal olunur.


metbuat.az.