2 Avqust 2024 16:42
Sui-qəsd nəticəsində öldürülən HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə Qətərdə dəfn edilib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İranın paytaxtı Tehranda qətlə yetirilən İsmayıl Haniyə üçün Qətərin paytaxtı Dohada dəfn mərasimi keçirilib.
Onun cənazəsi dünən axşam saatlarında Tehrandan Qətərə aparılan Haniyənin cənazəsi İmam Məhəmməd bin Əbdülvəhhab məscidinə gətirilib. Cümə namazından sonra Haniyə üçün dəfn mərasimi keçirilib.
Mərasimdən sonra İsrail əleyhinə şüarlar, dualar və təkbirlərlə yola salınan Haniyənin cənazəsi Dohadan 15 kilometr şimalda yerləşən Lusail şəhərində dəfn edilib.
Qeyd edək ki, HƏMAS rəhbəri İsmayıl Haniyə Tehrandakı iqamətgahının raketlə vurulması nəticəsində həyatını itirib.