METBUAT.AZ

Dünya

Haniyənin öldürüldüyü binanın görüntüləri yayıldı -

1 Avqust 2024 09:02

İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülən HƏMAS lideri İsmayıl Haniyənin öldüyü binanın fotoları yayılıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, sui-qəsdin baş verdiyi bina İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın iqamətgahından 150 metr aralıda yerləşir.

Qeyd edək ki, HƏMAS rəhbəri İsmayıl Haniyə Tehrandakı iqamətgahının raketlə vurulması nəticəsində həyatını itirib.


metbuat.az.