METBUAT.AZ

Gündəm

7-ci dəfə deputat olacaq 3 nəfər kimdir? -

2 Sentyabr 2024 00:30

Xəbər verdiyimiz kimi, "Oracle Advisory Group" (ABŞ), STM və "SWG SPA" (İtaliya) agentliklərinin 2024-cü il 1 sentyabrda keçirilən 7-ci çağırış parlament seçkilərində apardıqları ekzit-pollun nəticələri elan edilib.

Metbuat.az-ın məlumatına görə, hər üç agentliyin apardığı ekzit-poll nəticələrinin üst-üstə düşməsi səbəbindən, seçkilərin rəsmi yekunlarının da bu nəticələrə uyğun olacağı ehtimal edilir.

Hazırkı nəticələrə əsasən, 7-ci çağırış Milli Məclisə 7-ci dəfə seçilən 3 nəfər müəyyən olunub: Ziyafət Əsgərov, Mixail Zabelin və İmamverdi İsmayılov.

Qeyd edək ki, hələlik rəsmi nəticələr açıqlanmayıb.


metbuat.az.