METBUAT.AZ

Ölkə

Bakıya girişdə müvəqqəti postlar qurulur -

11 Noyabr 2024 00:11

Xəbər verdiyimiz kimi, COP29 Liderləri Sammitinin keçiriləcəyi 11, 12 və 13 noyabr tarixlərində Bakının bir sıra küçə və prospektlərində məhdudiyyət tətbiq ediləcək.

Metbuat.az bildirir ki, bu gündən Bakıya giriş hissələrdə müvəqqəti postlar qurulacaq.

Bunu Xəzər TV-yə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis idarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib.

Onun sözlərinə görə, COP29 günlərində paytaxda bir sıra küçə və prospektlər üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək.

Şəhərdə sıxlığın yaşanmaması üçün cənubdan da girişdə müvəqqəti postlar olacaq. Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat vasitələri isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq.



metbuat.az.