METBUAT.AZ

Ölkə

Xırdalanda küçənin adını daşıyan plakat nə vaxt yeniləcək? -

27 Yanvar 2025 22:26

Xırdalan şəhərində "Qalubiyyə" küçəsinin adı yazılan uzun zamandır qırıq vəziyyətdədir.

Bununla bağlı 2022-ci ildə Xırdalan Şəhər İcra Nümayəndəliyindən Metbuat.az-a verilən açıqlamada bildirilmişdi ki, küçənin adı yazılan plakatın yenisi ilə əvəz edilməsi üçün sifariş verilib və gələn həftə problem həll olunacaq.

Üstündən Xırsd keçib və həmin plakat yenə də pis vəziyyətdədir.

Məsələ ilə əlaqədar Xırdalan Şəhər İcra Nümayəndəliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, plakat həmin dövrdə bərpa olunub.

Yenidən bərpası isə yaxın günlərdə gözlənilir.

Qeyd edək ki, təmirdən sonrakı fotoda belə plakatın sol tərəf çərçivəsi yoxdur.

Sevinc İbrahimzadə / Metbuat.az


metbuat.az.