Xırdalanda küçənin adı yazılan plakat baxımsız vəziyyətdədir -

Abşeron rayonu, Xırdalan şəhərində küçənin adı yazılan plakat pis vəziyyətdədir.

Metbuat.az-ın redaksiyasına müraciət edən vətəndaş bildirib ki, "Qalubiyyə" küçəsinin adı yazılan plakat cırılıb və bir neçə aydır ki, bu formadadır.

Məsələ ilə bağlı Xırdalan Şəhər İcra Nümayəndəliyi ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, məsələdən xəbərdardırlar:

"Məsələdən xəbərdarıq. Küçənin adı yazılan plakatın yenisi ilə əvəz edilməsi üçün artıq sifariş verilib. Gələn həftə problem həll olunacaq".

Qeyd edək ki, adıçəkilən küçədə Azərbaycan-Misir dostluq parkı yerləşir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR