Rusiyanın xalq artisti, 69 yaşlı məşhur müğənni Alla Pukaçova son halı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçinin 6 illik əri Maksim Qalkin 4 milyonluq İnstaqram səhifəsində xanımının şəklini paylaşıb.
O, fotoya "Mənim gözəlim məşqə getməyə hazırlaşır" şərhini yazıb. İnstaqram istifadəçiləri "Primadonna"nı tanımaqda çətinlik çəkiblər.
Qotik üslublu geyimi və incə ayaqları ilə diqqət mərkəzində olan Puqaçova xeyli çəki atıb.
Milli.Az