Tez-tez arıqlaması xəbərləri ilə gündəmə gələn aktrisa Beren Saat bu dəfə ayaqları ilə diqqət çəkib.
Milli.Az publika-ya istinadən xəbər verir ki, Beren Saatla Kənan Doğulu cütlüyü dünən axşam Cahangirdə görüntülənib. Restoranda yemək yeyən ulduzlar məkanı gecə yarısı tərk edib.
Beren Saat "Aşkı-Memnu" serialında birlikdə rol aldığı Kıvanç Tatlıtuğ ilə yenidən eyni layihədə rol alması xəbərlərini təkzib edib.
"Kızlarsoruyor" saytının apardığı sorğuda 43 faiz səs çoxluğu ilə " Türkiyənin ən cool cütlüyü" seçilən məşhurlar müxbirlərin bununla bağlı verdiyi sualı eşidəndə qəhqəhə ataraq avtomobillərinə minib.
Tez-tez arıqlaması ilə gündəmə gələn aktrisa ayaqlarının nazikliyini uzun və açıq yaşıl corabları vasitəsilə gizlətməyə çalışıb. O, obrazını "Gucci" markasının içi tüklü məşhur başmaqları ilə tamamlayıb. Yeri gəlmişkən, bu ayaqqabıların qiyməti 4700 lirə (təxminən 1400 manat) edir.
Milli.Az