ABŞ-ın cənub-şərqində tüğyan edən "Maykl" tropik qasırğasından ölənlərin sayı 13 nəfərə çatıb.
Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Məlumata görə, qasırğa və onun səbəb olduğu daşqınlar nəticəsində ölkənin 4 ştatında - Virciniyada 6, Floridada 4, Şimali Karolinada 3 nəfər həyatını itirib. Bildirilir ki, təbii hadisə Kaliforniyaya 4,5 milyard dollar zərər vurub. Qasırğa Hərbi Hava Qüvvələrinin Floridadakı bazasına da ciddi ziyan vurub.
"Maykl" 1992-ci ildən sonra ölkədə qeydə alınan ən güclü qasırğadır. Təbii hadisənin ilk tüğyan etdiyi Mərkəzi Amerika ölkələri - Hondurasda, Nikaraquada və Salvadorda 13 nəfər həyatını itirib.
Milli.Az