Futbol üzrə İrlandiya Premyer Liqasında çıxış edən "Bohemians" klubu 2019-cu il mövsümü üçün yeni formasını ictimaiyyətə təqdim edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, formanın üzərində məşhur yamaykalı müğənni Bob Marlinin şəkli və Rastaman hərəkatının ənənəvi rəngləri (qırmızı, sarı və yaşıl) yer alıb.

"Bohemians" Premyer Liqanın sonuna bir tur qalmış turnir cədvəlində beşinci pillədə qərarlaşıb.

Milli.Az