ABŞ Prezidenti Donald Trampın Alyaskada keçirdiyi mitinq zamanı təhlükəsizlik əməkdaşlarının hərəkətləri sosial mediada müzakirələrə səbəb olub.
Metbuat.az xəbər verir ki, Uasil şəhərində keçirilən tədbirdən yayılan görüntülərdə Tramp çıxış edərkən bir nəfərin səhnə yaxınlığındakı mühafizəçilərə yaxınlaşdığı müşahdiə edilib. Bu zaman təhlükəsizlik əməkdaşlarından birinin əlini belinə aparması, digərinin isə mavi pərdənin arxasından çıxması diqqət çəkib. Hadisə zamanı Tramp çıxışını davam etdirib. Sosial media istifadəçilərinin bir qismi mühafizəçinin silahına əl atdığını irəli sürsə də, digərləri onun rabitə cihazını düzəltdiyini irəli sürüblər.
Görüntülər təhlükəsizlik əməkdaşlarının hansı səbəbdən hərəkətə keçdiyini və həmin an real təhlükənin olub-olmadığını təsdiqləmir.