“Qalatasaray”ın almaniyalı futbolçusu Leroy Sanenin komandadakı gələcəyi ilə bağlı qərar verilib.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi bu mövsüm qol və məhsuldar ötürmə ilə yadda qalmayan futbolçu ilə yollarını ayırmaq niyyətində deyil. “Sky Sports DE” nəşrinin məlumatına görə, klub prezidenti Dursun Özbek Saneyə dəstək verib. Qeyd edək ki, Leroy Sane bu mövsüm meydana çıxdığı 9 oyunun yalnız 4-də start heyətində yer alıb. Əvəzedici kimi meydana daxil olduğu qarşılaşmalarda isə ən çox 32 dəqiqə oynayıb.

O, ötən mövsüm 43 oyunda 7 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.