Meksikada miqrantları daşıyan avtobus polis maşını ilə toqquşaraq aşıb.
Milli.Az "Report"a istinadən bildirir ki, nəticədə 10 nəfər xəsarət alıb.
Onların arasında 8 Honduras vətəndaşı və 2 polis var.
Yaralılar xəstəxanaya yerləşdirilib. Digər miqrantlar sonda Sonoyta şəhərinə aparılaraq qida məhsulları və gecələmək üçün yerlə təmin olunublar.
Bundan əvvəl Hondurasdan gələn "miqrant karvanı"nın ilk qrupu ABŞ və Meksika sərhədinə çatıb.
Milli.Az
Imágenes del autobús accidentado en algún lugar del desierto de Sonora. Hay al menos 10 migrantes y dos policías heridos. El video fue grabado a las 3 de la madrugada. #CaravanaDeMigrantes @PlazaPublicaGT pic.twitter.com/iC3TWeNIhR
- Alberto Pradilla (@albertopradilla) 16 ноября 2018 г.