Bakı. Tural Turan - Trend:

Bu gün Banqladeşdə seçkilər keçirilir. Trend-in məlumatına görə, iki nəfər həlak olub. Onlardan biri polisin açdığı atəş nəticəsində, digəri isə ölənədək döyülüb.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb.

Xatırladaq ki, bu gün Banqladeşdə parlament seçkiləri keçirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin