8 Noyabr - Zəfər Günü münasibətilə Göyçay şəhərində yürüş təşkil olunub.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Zəfər yürüşündə idarə müəssisələrin rəhbərləri, idmançılar, gənclər iştirak ediblər.

Heydər Əliyev prospektindən başlayan yürüşdə vətənpərvərlik və qələbə ruhunda şüarlar, marşlar səsləndirilib. Gənclər Azərbaycanın üçrəngli bayrağını yürüş marşrutu üzrə aparıblar. Yürüş Göyçay şəhər Şəhidlər Xiyabanına qədər davam edib.

Qeyd edək ki, keçirilən tədbirin əsas məqsədi gənclərdə vətənpərvərlik hissinin artırılması və gələcək nəsillərə ötürülməsidir.