Əməkdar jurnalist, aparıcı Xoşqədəm Hidayətqızının səhhətində problem yaranıb. Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Hidayətqızı bu haqda "Youtube" kanalının canlı efirində danışıb. "Səni axtarıram" verilişinin redaktoru Şahin Əhədovun "Xoşqədəm xanım, deyəsən, Almaniyada soyuqlayıb" sözlərinə aparıcı belə cavab verib: "Hə, xəstəyəm, çox xəstəyəm". Halsız görünən X. Hidayətqızı bunda həyat yoldaşı Doğuşu günahlandırıb: "Məni apardı ora, xəstələndirdi, geri qaytardı". Milli.Az