- Hamilə qadınlar da siqaret çəkir. Onlar yəni bu qədər acizdirlər və anlamırlar ki, bətnlərindəki körpəyə bu ziyandır?- Siqaret kişilərlə müqayisədə qadınlara daha çox mənfi təsir edir. O ki qala hamilə qadınların siqaret çəkməsinə, bu, lap dəhşətdir. Əgər hamilə qadın siqaret çəkirsə və yaxud siqaret çəkən şəxsin yanında tüstünü passiv şəkildə qəbul edirsə, hormonlara güclü təsir edən zəhərli maddələr onun gələcəkdə dünyaya gətirəcəyi körpənin orqanizminə birbaşa daxil olur. Və formalaşmaqda olan orqanizmdə bir çox xəstəliklərin yaranmasının başlanğıcı olur. Hamilə qadınların hələ doğulmamış uşaqları ana bətnində zərər çəkir. Cılız, zəif uşaqların doğumu, hətta ölü doğuşların ehtimalı artır. Siqaret çəkən qadın uşağı əmizdirən zaman nikotin ana südü vasitəsilə körpəyə keçir. Hamilə qadın, əslində, özü yaxşı anlayır ki, nikotin onun bətnindəki körpəyə mənfi təsir edir. Sadəcə, iradə zəifliyi onun siqareti tərgitməsinin qarşısını alır.Əfsuslar olsun ki, iradə hər insanda eyni dərəcədə deyil. Hazırda zəif iradəli insanlar daha çox üstünlük təşkil edirlər. Onlar da, əslində, böyük istəklə deyirlər ki, siqaretdən azad olmaq istəyirlər, amma konkret işə gələndə bacarmırlar.- İnsanları siqaretdən necə uzaqlaşdımaq olar?- Siqaretlə mübarizədə təbii müalicə ilk dəfə qədim Çində yaranıb. Bu müalicədə heç bir qatqıdan, dərmandan, iynədən, kimyəvi maddələrdən istifadə olunmur. Bioloji aktiv nöqtələrə təsir etməklə nəticə əldə edilir. Azərbaycanda ilk olaraq mən bu üsulla müalicəyə başlamışam.Biz nə edirik? Bildiyiniz kimi bioloji aktiv nöqtələr də ən təbii müalicə növü sayılır. Bioloji nöqtələrin baş beyinlə birbaşa əlaqəsi bir çox nevroloji xəstəliklərin müalicəsinə yol açır. Bu terapiya tez bir zamanda baş ağrılarını və başqa ağrıları aradan qaldırır. Onların köməyi ilə beyin qabığı sahəsi aktivləşdirilir. Hansı ki orada neiromediatrlar ifraz olunur, bunlar da dopomin, serotin kimi maddələrdir.Bu maddələr də sinir sisteminin siqnallarının ötürülməsində böyük rol oynayır. Bu nöqtələrə stimulyasiya etməklə siqnalların sinir hüceyrələrinə ötürülməsi yaxşılaşdırılır. Stimulyasiya siqnal keçiriciliyini yaxşılaşdırır, bununla da biz müsbət nəticələr əldə edirik. Palezlər, ifliclər aradan qaldırılır. Bundan başqa neyrometiratorlar psixi emosional vəziyyətdə də çox müsbət təsir göstərir. Buna görə də bizim həyata keçirdiyimiz terapiya bir çox xəstəliklərin müalicəsində, nevroloji xəstəliklərin müalicəsində tətbiq olunur. Depressiya, nevroz, yuxusuzluq, qorxu, həyəcan, özünə qapanma, hətta yuxunun yaxşılaşdırılmasında da müsbət təsir göstərir. Ürək-damar, hərəkət-dayaq aparatı xəstəlikləri, əzələ, oynaq ağrılarında da effektiv üsuldur.- Bəzən insanlar siqaret çəkməklə fikirlərini dağıdırlar axı.- Bu, sizə elə gəlir. Siqaret fikri dağıtmır və ya stressi aradan qaldırmır. Sadəcə olaraq, insanlar psixoloji düşünürlər ki, siqaret onların fikrini dağıdır. Həmin şəxslər düşünmürlər ki, bu yolla bədənlərini zəhərləyirlər. Doğrusu, birdən-birə siqaretdən azad olmaq da insanlara çətin olur. Onların bu zaman orqanizmində dəyişikliklər baş verir, sinir gərginliyi yaranır əsəbi, aqressiv olurlar. Bizim müalicə elədir ki, ümumiyyətlə bu hallar yaranmır və əgər yaranırsa onu tez aradan qaldırırıq. Başlıca işimiz lazımi nöqtələrə iynə batırmaqdır. Bəli, siqareti tərgitmək elə də çətin deyil. Yetər ki, istək olsun.Milli.Az