İrq: ağdərili insanlarda daha çoxdur
Ailə ilə bağlı
Piylənmə
Hərəkətsiz həyat tərzi
Siqaret
Duzu bol olan pəhriz
Potasiumdan kasad pəhriz
D vitamini çatışmazlığı
Spirtli içki
Stress
Xroniki vəziyyətlər: xroniki böyrək xəstəliyi, yuxu kimi problemlərYüksək təzyiq nəzarət altına alınmadıqda bu kimi problemlər yaradır:1. İnfarkt riski: Yüksək qan təzyiqi damarları sərtləşdirir və qalınlaşdırır. Bu cür vəziyyət infarkta səbəb olur.2. Anevrizma: Yüksək qan təzyiqi qan damarlarını zəiflədərək balonlaşmasına və anevrizmanın yaranmasına səbəb olur. Bir anevrizma deşilərsə, həyati təhlükə yarana bilər.3. Ürək çatışmazlığı: Damarlardakı qan yüksək təzyiqə məruz qaldığı üçün daha çox işləmək məcburiyyətində qalır. Qalınlaşan ürək əzələləri bədənin ehtiyaclarını qarşılaya bilmir və ürək çatışmazlığı yaranır.4. Böyrək və qan damarlarında daralma və zəifləmə: bu cür vəziyyət də orqanların normal işləməsinə mane olur.5. Göz damarlarının qalınlaşması, daralma və yırtılma: Bu cür vəziyyət görmə qabiliyyətinə mane olur.6. Metabolik sindrom: Bu cür vəziyyət yüksək insulin səviyyəsi ilə müşahidə edilir. Bu isə diabet, ürək xəstəlikləri meydana gətirir.7. Yaddaş və qavrama qabiliyyəti problemləri: Nəzarət edilə bilməyən yüksək qan təzyiqi xatırlama, öyrənmə qabiliyyətini zəiflədir.Bu və ya digər risk faktorları aşkarlandıqda mütləq həkimə müraciət edin.Milli.Az