10 il axtardı, atasını Facebook-da tapdı - VİDEO - FOTO
Paylaş
102 baxış·2 dəq oxu
31 yaşlı Mişel Ken illərdən bəri aradığı atasını, nəhayət ki, tapıb. O, 57 yaşlı Qreq Hiksi tapdığına görə özünü dünyanın ən bəxtəvər adamı sayır.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Nyu-York şəhərində yaşayan Mişel 1986-cı ilin oktyabrında doğulub. Doğuşdan cəmi 6 saat sonra anası ondan imtina etmişdi.Körpə Mişeli illərdən bəri övlad həsrəti çəkən cütlük - Coel Ken və Coan Ken övladlığa götürdülər.Patoloqoanatom Coan Ken indi 68, nüvə fiziki Coel Ken isə 71 yaşdadır.Onlar 10 il əvvəl Mişelə həqiqəti deyiblər, ata-anasının başqa adamlar olduqlarını söyləyiblər.Mişel də valideynlərini aramağa başlayıb.Analığı Coanın yardımı ilə Mişel gerçək anasını, 54 yaşlı Diananı 2009-cu ildə tapdı. Diana da ağladı, qızından üzr istədi, "23 yaşım vardı, övlad saxlayıb böyütməyə imkanım və gücüm yoxdu" söylədi, Mişelin atasının adını yaddan çıxardığını söylədi.2015-ci ildə Mişel sevgilisi, 31 yaşlı Den Millerlə ailə quranda toya Diananı da çağırmışdı.Toydan sonra Mişel atasının axtarışlarına başladı.O, xüsusi profilli saytlara DNT nümunələrini yolladı, daha sonra Facebook-dan yararlandı.Beləcə o, Facebook-da 57 yaşlı Qreq Hiqsi tapdı. Mişelin fikrincə, Qreq onun atası idi.Qreq də DNT analizləri verdi və nümunələr Mişelin DNT nümunələri ilə tam üst-üstə düşdü.Mişel Ken atası Qreqlə ABŞ-ın Kaliforniya ştatındakı Orinc şəhərinin aeroportunda qarşılaşıb."Atam məni görəndə qaçmağa başladı. Beton səddin üzərinə atıldı. Onda anladım ki, o, atamdır: başqa insan bu istəklə, şövqlə mənə doğru qaça bilməzdi", - Mişel Ken söyləyib.Mişel indi qardaşı Ostini də tanıyıb: "Həyatım boyu arzu etmişdim ki, bacım və ya qardaşım olsun. Arzuma çatdım".Milli.AzVideonu izləmək üçün şəklə klikləyin: