Bərdə rayon mərkəzi xəstəxanasının doğum evinin baş həkimi Tünzalə Quliyevanın "Report"un Qarabağ bürosuna verildiyi məlumata görə, Tərtər rayon sakini 26 yaşlı Məhərrəmli Aysel Elçin qızı hamiləliyin patalogiyasi ilə doğum evinə gətirilib: "Əməliyyatdan əvvəl hamilə qadın Aysel Məhərrəmli ultrasəs müayinəsindən keçirilib və körpənin ana bətnində ölü olduğu müəyyən edilib. Ananın vəziyyəti ağır və körpənin çəkisi böyük olduğundan qadın əməliyyat edilərək ölü uşaq ana bətnindən götürülüb".
Baş həkim əlavə edib ki, A.Məhərrəmli doğum evinin reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir.
