Milli.Az tanınmış yazıçı, psixoloq-teoloq Rövşən Abdullaoğlunun "Başlanğıcda söz var idi - Ədəbiyyatda sofizm" məqaləsini təqdim edir:

(Birinci yazı)Bir çoxlarının ədəbiyyat hesab etdikləri içi boş yazılar heç bir zaman mənə ciddi gəlməyib. Sırf bədii estetika üzərində qurulmuş, yüksək sənət deyə təqdim olunan söz oyunu mənə e.ə. V əsrin ortalarında Qədim Yunanıstanda formalaşmış və bir müddət böyük gücə malik olmuş sofistlərin hadisəsini xatırlatdı. Sofia - yunanca hikmət, müdriklik deməkdir.
Başlanğıcda söz var idi - Ədəbiyyatda sofizm

"İçi boş adamın dolu əsər yazmağını gözləmək dölsüz inəkdən süd sağmağa bənzəyir"