Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Bakıda “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilir.

Metbuat.az-ın məlumatına görə, Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, ABŞ-ın “Etnik Anlaşma Fondu”nun prezidenti Ravvin Mark Şnayer, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, “İqls Vinqs” təşkilatının qurucusu və rəhbəri Yepiskop Robert Störns, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibəyli, Milli Məclisin deputatları Mixail Zabelin, Yevda Abramov, o cümlədən ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak edir .

Azərbaycandakı dini konfessiyalarla ABŞ-dakı yəhudi və yevangelist xristian icmalarının əlaqələrin qurulması və gələcək əməkdaşlığı baxımından əhəmiyyəti olan beynəlxalq konfransda Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində di lərarası dialoqu və əməkdaşlığı dəstəkləyən, bu prosesin əsas təşəbbüskarı və lokomotivi kimi çıxış edən Azərbaycanın nümunəvi təcrübəsinin təbliğ və təşfiq edilməsi, sülh, əməkdaşlıq naminə bir araya gələn ölkələr və dinlər arasında ünsiyyət platformasının daha da dərinləşməsi istiqamətində müzakirələr aparılır.

Eyni zamanda konfrans çərçivəsində Azərbaycanın tarixi-dini abidələrinin fotolarından ibarət sərgi keçirilir.

Günay Elşadqızı / METBUAT.AZ