Azərbaycan Mərkəzi Bankı (AMB) Uptime Institute Tier II Design sertifikatının satın alınması ilə bağlı tender elan edib.

Metbuat.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manat təşkil edir.

Tenderdə iştirak etmək istəyənlər təkliflərini 2026-cı il dekabrın 2-si saat 17:00-dək (GMT+4) təqdim etməlidirlər. Tender zərflərinin açılışı da həmin gün saat 17:00-da (GMT+4) keçiriləcək.

Əlaqələndirici şəxs: Abdulla Böyükişiyev.

Tel.: (+994) 10 239 23 80.

E-poçt: Abdulla_Boyukkishiyev@cbar.az

Ünvan: AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90.