Avstriyada ali təhsil alan bir gənc tanış olduğu qızın həyatını dəyişib.

ANS PRESS-in məlumatına görə, Türkiyənin Sakarya vilayətindən olan Aslan Şimşək adlı gənc Avstriyada təhsil alarkən tanış olduğu 19 yaşlı Stefani Şüler adlı qızın islam dinini qəbul etməsinə səbəb olub.

Bir-birinə aşiq olan gənclər ortaq razılıq nəticəsində Türkiyəyə gəlib və oğlanın Sakaryadakı ailəsinə baş çəkiblər.

Türkiyəli ailənin həyat tərzindən müsbət mənada təsirlənən Stefani, Sakarya müftiliyində keçirilən mərasimlə müsəlman dinini qəbul edib və adını Zeynəb Sofia olaraq dəyişdirib.

Avstriyalı qızın həyatının dəyişməsinə səbəb olan oğlan tanışlıqları barədə bunları danışıb: “Bufetdə tanış olmuşduq. Danışdıq, bir-birimizi sevdik. Sonra Türkiyəni görmək istədi, həyatım və ailəmlə yaxından maraqlandı. O, burada Türk millətinin insanlığını, ailələrin yaxınlığını, müsəlmanların yaxşı niyyətli və gözəl qəlbə sahib olduğunu gördü, nəticədə islam dinini seçdi.”
Mənbə
ANS PRESS