"Ramazan ayı ilə əlaqədar tövsiyələrimiz ondan ibarətdir ki, ənənəvi dini qaydalara əməl edilsin".
Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri bildirib ki, Ramazan ayı üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tədbirlər Planı olur və buna uyğun da fəaliyyət göstərilir:
"Qafqaz Müsəlmanları İdarəsi ilə də qarşılıqlı şəkildə əməkdaşlıq edilir. Həmçinin məscidlərdə Ramazan ayı ilə bağlı tədbirlər Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi vaxt çərçivəsində həyata keçirilməlidir. Bütün tələblərə riayət olunmalıdır".
M.Qurbanlı bildirib ki, komitənin əsas vəzifəsi verilən fətva və qayda qanunlara əməl edilməsi istiqamətində öz üzərinə düşənvəzifəni yerinə yetirməkdir:
"Bu il də Ramazan ayı ərəfəsində monitorinqlər həyata keçiriləcək. Ümumi olaraq qeyd edim ki, onsuzda hər həftənin cümə günü məscidlərdə komitə tərəfindən mütəmadi monitorinqlər həyata keçirilir. Nəticə ilə əlaqədar müvafiq tədbirlər görür və lazımi addımlar atırıq".
Günay Elşadqızı / METBUAT.AZ