Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, üç müxtəlif məkanda baş tutan gecədə qonaqların bəziləri fərqli geyimləri ilə görünüblər. ABŞ-lı dizayner Maykl Kors "The Mark Hotel"də hər kəsi müğənni Migelin ifası altında rəqsə dəvət edb.
Eyni zamanda barbadoslu müğənni Rihanna öz dostları ilə "Up&Down" klubunda əylənib. Yeri gəlmişkən, Rihanna geyimini dəyişərək transparan (şəffaf) libasda olub.
Günün üçüncü partisi isə "Standart Hotel"də bütün ulduzların iştirakı ilə təşkil edilib. Diskotekanı işıqlandıran jurnalistlərin sözlərinə görə, məşhurlar o qədər yorğun olublar ki, tədbiri rəqs etmədən başa vurublar.
Qonaqlar arasında Madonna, Robert Pattinson, Kerri Vaşinqton, Rozi Hantinqston-Uaytli, Rita Ora,Keti Holms, Con Leqend, Kristi Teyqen, Adriana Lima, Cennifer Lourens, Selena Qomez, MAdonna və digər ulduzlar olub.























