“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “iOS” və “Android” mobil əməliyyat sistemləri üçün əlçatan olan “Doublicat” mobil proqramının istifadəsi çox asandır: şəkil çəkmək, bundan sonra əsl sifəti öz üzünüzə dəyişmək istədiyiniz yerdə GIF seçmək lazımdır. Tərtibatçılar “RefaceAI” – “Generative Adversarial Network” (GAN) istifadə ediblər.
Mobil tətbiq insanların şəkillərini emal etdikdən sonra dərhal onları silir. “TheNextWeb” nəşrinin müəllifi qeyd edir ki, 2020-ci ildə oxşar funksionallığa malik bir neçə alət də təqdim edilə bilər. İlkin açıqlamalara görə, “TikTok” və “Snapchat” sosial şəbəkələri də bu texnologiyanı öz platformalarında tətbiq etməyi planlaşdırırlar.
Emil Hüseynov