“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, artıq bir neçə ildir “WhatsApp” messenceri “iOS” və “Android” üçün ən populyar proqramlar arasında liderdir. Ötən ilin son rübündə “WhatsApp” messenceri 250 milyon dəfədən çox yüklənilib. 220 milyon dəfə yüklənən “TikTok” sosial şəbəkəsi reytinqdə ikinci yeri tutur.
Dünyada ən çox yüklənən mobil tətbiqlərin reytinqi aşağıdakı kimidir:
- 1.WhastApp
- 2.TikTok
- 3. Facebook
- 4. Facebook Messenger
- 5. Instagram
Emil Hüseynov