Mobil qurğuların məhsuldarlığını qiymətləndirən populyar “AnTuTu” proqramının tərtibatçıları 2020-ci ilin yanvar ayı üzrə “Android” sisteminin idarəetməsi altında işləyən ən məhsuldar smartfonların siyahısını tərtib ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, nəticəyə görə, yalnız Çin bazarı üçün çıxarılmış “Vivo iQOO Neo 855” ən məhsuldar smartfon olub. Bu smartfon “Snapdragon 855+” prosessoru ilə təchiz edilib.

İlk onluq aşağıdakı kimidir:

  1. Vivo iQOO Neo 855 – 504 796 bal
  2. VIvo iQOO Pro 5G – 502 288 bal
  3. Vivo NEX 3 – 498 223 bal
  4. OnePlus 7T Pro – 496 134 bal
  5. OnePlus 7T – 495 733 bal
  6. ASUS ROG Phone 2 – 491 491 bal
  7. Realme X2 Pro – 481 106 bal
  8. Honor V30 Pro 5G (Kirin 990) – 481 121 bal
  9. Oppo Reno Ace – 475 144 bal
  10. Huawei Mate 30 Pro 5G (Kirin 990) – 472 698 bal.

Emil Hüseynov