Oğlunu öldürən 33 yaşlı qadının növbəti məhkəməsi baş tutub.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 3 yaşlı oğlunu öldürdükdən sonra Makedoniyaya istirahətə gedərkən saxlanılan qadının həbs müddətinin azaldılması ilə bağlı şikayəti təmin olunmayıb.
Chiara Pasic adlı qadın ötən ilin aprel ayında 3 yaşlı oğlu Denisi öldürdükdən sonra tətilə çıxmaq istəyərkən saxlanılıb.
Xorvatiyanın Pula şəhərində yaşayan qadın azyaşlı oğlunu yastıqla boğub öldürdükdən sonra onun cəsədini yaxınlıqdakı çaya atıb.
O, 33 il müddətinə azadlıqdan məhrum edilib. Qadın iki ilini psixi sağlamlıq mərkəzində keçirəcək.
Emin
Milli.Az