Türkiyəli mütəxəssis İsmail Kartal məşqçilik fəaliyyətini yenidən İran çempionatında davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, Təbrizin “Traktor” klubu ona baş məşqçi postunu təklif edib. Məlumata görə, İran təmsilçisi təklifini artıq rəsmi şəkildə çatdırıb və hazırda tərəflər arasında danışıqlar aparılır.

Xatırladaq ki, İsmail Kartal son olaraq Türkiyənin “Fənərbaxça” klubunda çalışıb. O, daha əvvəl də İran təcrübəsi yaşayıb. Mütəxəssis 2025-ci ildə “Persepolis”in baş məşqçisi təyin olunub və mövsümün sonuna qədər komandaya rəhbərlik edib.