"Ermənistan İnformasiya texnologiyaları (İT) sahəsində peşəkar olmadığı halda belə, müharibə zamanı ölkəmizin informasiya saytlarına, xəbər portallarına kiber hücumlar təşkil etməyi əksik etmirdilər. Bu məqsədlə də Azərbaycanda Ermənistana qarşı İT mütəxəssislərinin və bu biliklərə sahib olan gənclərin peşəkarcasına göstərdiyi informasiya müharibəsi fəaliyyəti hələdə davam etməkdədir".
Bu fikirləri Metbuat.az-a İT-üzrə ekspert Səkinə İlqarqızı deyib. Onun sözlərinə görə Azərbaycan gəncləri, Vətən müharibəsi zamanı təmənnasız olaraq vətənimizin rifahının artırılması üçün bu kiberhücumların cavabını informasiya platformalarında layiqincə verdilər.
"İT mütəxəssislər birləşərək sözün əsl mənasında müharibə aparırdılar. Yay aylarından etibarən Azərbaycan gəncləri hər gün erməni informasiya platformasına kiber hücumlar edib, düşmən tərəfinin məlumatlarını əldə edirdilər. Məlumatların siyahısında bir çox vacib sənədlər yer tuturdu. İşqalçı politikasını aparan Ermənistan ehtiyyat platformalarında belə arsız şəkildə qondarma məlumatları əks etdirirdilər. Bu cür yalan məlumatların yayılması hələ də dava etməkdədir. Müharibədə qalib gələn dövlətimiz kibertəhlükəsizlik üzrə də Ermənistanı üstələməkdən geri qalmır".
Ekspert bildirdi ki, Ermənistan baş nazirinin rəsmi səhifəsi olan https://www.primeminister.am/ və Ermənistan hökumətinin saytı olan gov.am resursu dağıdılmışdı. Həmin saytlarda Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” və “Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpağından” bəyanatları, həmçinin Azərbaycan milli qəhrəmanı Mübariz İbrahimovun fotoları yerləşdirilmişdir.
"Biz Azərbaycan gəncləri və İT mütəxəssislər üçün savaş hələdə davam etməkdədir. Vətəndaşları Azərbaycan haqqıda yayılan yalan məlumatlara inanmamağa çağıraraq, dövlətimizə aid olan məxfi sayılan məlumatları əks etdirən xəbərləri sosial şəbəkədə paylaşmamışdan öncə düşünüb, onun yarada biləcəyi fəsadların fərqində olmağı tövsiyyə edirik".
Gülbəniz Hüseynli / METBUAT.AZ