Kubada yaşları 2-11 arası olan uşaqların koronavirus peyvəndi olunmasına başlanılıb.

Metbuat.az xəbər verir ki, bu qərar ibtidai sinif və məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqlara aiddir. Məlumata görə, bu qərar təqribən 2 milyona qədər uşağı əhatə edir.

Qeyd edək ki, hazırda Kubada təhsil distant formada aparılır. Lakin bu qərar peyvənd prosesindən sonra dəyişə bilər.