NASA-nın "Mars Reconnaissance Orbiter"indəki kameralar kosmosdan yeni kraterin görüntülərini çəkib.
Metbuat.az NASA-ya istinadən xəbər verir ki, keçən ilin dekabrın 24-də NASA-nın Marsdakı "İnSight" insansız kosmik gəmisi qırmızı planetdə 4 bal gücündə zəlzələ qeydə alıb.
Lakin elm adamları bu zəlzələnin səbəbini yalnız sonra öyrəndilər: Bunun NASA kosmosu tədqiq etməyə başlayandan bəri Marsda müşahidə edilən ən böyük meteoroid zərbələrindən biri olduğu təxmin edilir.
Tədqiqatçılar NASA-nın "Mars Reconnaissance Orbiter"indən əvvəl və sonrakı görüntülərdə yeni krater gördükləri zaman zəlzələnin meteoroid zərbəsi nəticəsində baş verdiyini müəyyən ediblər.
Meteoroidin 5-12 metr ölçüsü olduğu təxmin edilir. Bu, Yer atmosferində yanacaq qədər kiçikdir, lakin Marsın atmosferi nazik olduğu üçün Marsın səthinə enə bilib.
Marsın Amazonis Planitia adlanan bölgəsindəki zərbə, eni təxminən 150 met və dərinliyi 21 metr olan krateri partladıb. Zərbənin təsirindən atılan tullantıların bir hissəsi 37 kilometr uzaqlığa uçub.
Hadisəni sənədləşdirən şəkillər və seysmik məlumatlarla bunun Günəş sistemində hər hansı bir yeri əmələ gətirən indiyə qədər şahidi olunmuş ən böyük kraterlərdən biri olduğuna inanılır. Qırmızı Planetdə bir çox daha böyük kraterlər mövcuddur, lakin onlar köhnədir və Mars missiyasından əvvəl əmələ gəlib.
Qeyd edək ki, Günəş panellərinə toz çökməsi səbəbindən "InSight" aparatının son aylarda gücü kəskin şəkildə azalıb. Hazırda kosmik gəminin növbəti altı həftə ərzində bağlanması və missiyanı sona çatdırması gözlənilir.
"InSight" planetin qabığını, mantiyasını və nüvəsini öyrənir. Bu, seysmik dalğalar missiyanın açarıdır və Marsın daxili təbəqələrinin ölçüsünü, dərinliyini və tərkibini öyrənməyə şərait yaradır . 2018-ci ilin noyabrında eniş edəndən bəri "InSight" 1318 zəlzələni, o cümlədən kiçik meteoroidlərin təsirindən bir neçəsini aşkar edib.