“Arsenal” klubu “Ayntraxt Frankfurt” komandasında çıxış edən türk futbolçuCan Uzunun transferi üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, London təmsilçisi 20 yaşlı futbolçunun keçidi ilə bağlı Almaniya klubu ilə danışıqlara başlayıb. İngiltərə mətbuatı gənc yarımmüdafiəçinin “Aston Villa”, “Brayton” və “Everton”un da diqqət mərkəzində olduğunu yazıb. “Ayntraxt Frankfurt”un türkiyəli futbolçu üçün 60 milyon avro transfer haqqı tələb etdiyi bildirilir.
Qeyd edək ki, mövsümün əvvəlində “Qalatasaray” və “Fənərbaxça”nın da gündəmində olan Can Uzun üçün Almaniya klubunun 50 milyon avro istədiyi iddia edilirdi.Gənc futbolçu bu mövsüm keçirdiyi 6 rəsmi matçda 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.