“Real Madrid”in türkiyəli futbolçu Arda Gülerlə yeni müqavilə imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb. Məlumata görə, Madrid təmsilçisi 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik anlaşma əldə edib.

Qeyd edək ki, Arda Güler üç il əvvəl “Real Madrid”in heyətinə qoşulub. Gənc futbolçu cari mövsümdə məhsuldar ötürmələri ilə diqqət çəkib.