Sumaya Əmirova Tibbi kosmetologiya sahəsində mütəxəssis olaraq bu günə qədər bir çox estetik və kosmetoloji prosedurları həyata keçirib. Tibb sahəsinə uşaqlıqdan maraq göstərən Sumaya xanım zamanla bu sahə üzrə ixtisaslaşır.

O, Ağcabədi rayon Mərkəzi Xəstəxanasında və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında fəaliyyət göstərib tibbi təcrübə qazandıqdan sonra 2017-ci ildə Türk Kosmetoloji Uzmanlardan təhsil alaraq kosmetoloji fəaliyyətə başlayır. Həkim-kosmetoloq kimi özünü inkişaf etdirən Sumayə Əmirova hazırda Ankara Bilim Universitetində tibb təhsilini davam etdirir.

Keçmiş zamanlarda "hicama" demək olar ki, bütün dünyada əsas müalicə metodlarından biri kimi çox geniş istifadə olunurdu. "Hicama" tibbi prosedurdur. Bu səbəbdən müəyyən metodikası, göstərişləri və əks-göstərişləri olan hicama mütləq mütəxəssis nəzarətində həyata keçirilməlidir. Uzun illərin təcrübəsinə sahib olan Sumaya Əmirova artıq bu sahənin peşəkarına çevrilib. Mütəxəssis bu barədə danışarkən qeyd edir ki: “Hicama ilə infarkt, insult riski olan ağır xəstələrimə şəfa vermişəm”.

O, həm də hicama terapiya üzrə mütəxəssisdir. Bu günə qədər hicama terapiyası ilə üç mindən çox insana şəfa verən Sumayə Əmirova eyni zamanda bu sahənin gələcək mütəxəssislərini də yetişdirir. Fəaliyyəti ilə pasientlərinin rəğbətini qazanan kosmetoloq xanım sahəsi üzrə bir sıra mükafatlara layiq görülüb.

Sumayə Əmirova 30 oktyabr 2022-ci il tarixində Global Health Awards layihəsində ilin gənc uğurlu kosmetoloqu nominasiyasına layiq görülüb.

“Öz texnikamla hazırladığım gənclik aşısı ölkəmizdə bir ilkdir”-

“Öz texnikamla hazırladığım gənclik aşısı ölkəmizdə bir ilkdir”-