“Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinin şanlı səhifələrindən biri olan bu gündə Azərbaycanın milli tərəqqisinə, xalqımızın rifahına aparan yolun başlanğıcı qoyuldu”.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterində paylaşım edilib.
Nazirlik 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib:
“Bu gün Azərbaycanın Milli Dirçəliş Günüdür. Günümüz mübarək”, - təbrikdə deyilir.