Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Metbuat.az xəbər verir ki, avronun məzənnəsi 1,3 % artaraq 1,7759 manat, Rusiya rublunun məzənnəsi 0,4 % artaraq 0,0281 manat təşkil edib.

Türkiyə lirəsinin məzənnəsi isə dəyişməyərək 0.0913 manat olub.