Nərimanov rayonunda şirkətlərdən birinin anbarından 20.000 manat dəyərində elektrik və inşaat materiallarının qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Metbuat.az-a bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Şahin Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.