Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, şoumen Maksim Qalkin Azərbaycana gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib.

O, paytaxtın görüntülərini yayaraq "Bakı inanılmaz dərəcədə gözəl şəhərdir" sözlərini qeyd edib.

Qeyd edək ki, M.Qalkin dünən Bakı Konqres Mərkəzində konsert verib.