"Hacı Şahin Həsənlinin 40 mərasimindən sonra Məşədi Dadaş məscidinə din xadimi təyin olunacaq”.

Metbuat.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

"40 mərasimindən sonra məscidə din xadimləri təyin olunacaq. Əminəm ki, Elmir Vəliyev( dini ayinləri, Cümə namazlarını İlahiyyat İnstitutunun tələbəsi-red) də orada fəaliyyətini davam etdirəcək”.